İŞİD futbol hakimliyini qadağan etdi: "Allahın işinə qarışırlar!"

00:36 2 Sentyabr 2016

"İraq və Şam İslam Dövləti" (İŞTD) terror təşkilatı Suriya və İraqda nəzarətdə saxladığı ərazilərdə oynanan futbol matçlarında peşəkar futbol hakimlərinin meydana çıxmasını qadağan edib.
Suriyanın Deyr əz Zor şəhərində isə ümumiyyətlə, futbol hakimliyi "haram" sayılıb.

İŞİD-in şəhərdəki liderlərinin dediklərinə görə, "beynəlxalq futbol qaydaları Şəriətə ziddir".

İŞİD futbolu əvvəllər haram buyursa da, indi həmin yasaq yumşalıb. Amma hakimlik qadağan olunub və bununla bağlı fətvada deyilir: "Futbol oyunlarında hakimlərin qərarları Allahın buyruqlarına uyğun olmur, onlar Allahın işinə qarışır, sünnəyə qarşı çıxırlar".


Digər xəbərlər

Xəbər xətti