İlham Əliyev FİDE prezidenti ilə görüşüb

Sportarena.az      2 Sentyabr 2018, 11:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.

Görüşdə Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğu bildirilib. Bakı Şahmat Olimpiadasında rekord sayda iştirakçı ölkənin təmsil olunmasının önəmi vurğulanıb. FİDE ilə Azərbaycanın müvafiq qurumları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub. Ölkəmizin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu sahədə fəaliyyəti xüsusi vurğulanıb. Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən şahmatın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb, şahmatçılarımızın müxtəlif beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər məmnunluqla qeyd olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin