Millimiz Fransaya məğlub oldu

16:50 2 Sentyabr 2016

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi bu gün ilk oyununu keçirib.
 

Sportarena.az xəbər verir ki, Fransa yığması ilə qarşılaşan futbolçularımız 2:3 hesabı ilə məğlub olub. Komandamızın qollarını Asif Zeynalov və İlkin Hacıyev vurub.


Millimiz turnirdə növbəti oyununu sentyabrın 4-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 12:15-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti