Dibala Messinin aqibətini yaşadı

17:10 2 Sentyabr 2016

DÇ-2018 seçmə mərhələsi çərçivəsində Uruqvayı qəbul edən Argentina matçdan Messinin vurduğu qolla qalib ayrılsa da, 2-ci hissəni azlıqda keçirib.


Sportarena.az xəbər verir ki, ilk hissənin sonlarında ikinci sarı vərəqə ilə cəzalandırılan Paulo Dibala debüt matçında meydandan qovulub. Bununla da, futbolçu 11 il öncə Argentina millisində debüt etmiş Messinin aqibətini yaşayıb.


Xatırladaq ki, 2005-ci ildə Argentina millisinin heyətində Macarıstana qarşı debüt edən Messi də ilk matçında meydandan qovulmuşdu.


Digər xəbərlər

Xəbər xətti