Gənc cüdoçularımız Avropa çempionatına hazırlaşır

18:12 2 Sentyabr 2016

Sentyabrın 16-18 tarixində İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. 


Sportarena.az xəbər verir ki, fərdi və komanda şəkilində keçiriləcək yarışda cüdo üzrə Azərbaycan milli komandası da təmsil olunacaq.


Hal-hazırda milli komandamız Bakıda baş məşqçi Rəşad Məmmədovun başçılğı altında təlim-məşq toplanışında iştirak edir.


Qeyd edək ki, 43 ölkədən 409 idmançının (225 oğlan, 184 qız) qatıldığı Avropa çempionatında milli komandamız 14 cüdoçu ilə (10 oğlan, 4 qız) mübarizə aparacaq.


Xəbər xətti