Futzal millimizdən qələbə

21:08 2 Sentyabr 2016

Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. 
 

Sportarena.az xəbər verir ki, ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığma komandayla qarşılaşan milli 8:1 hesabı ilə qələbə qazanıb. Tyaqo Teles Martins dubl edib, Ramiz Çovdarov, Joze Poletto, Eduardo, İsa Atayev, Rizvan Fərzəliyev və Villiams hərəyə bir dəfə fərqlənib.


Bu komandalar arasında növbəti oyun sentyabrın 3-də, saat 21.00-da, ABU Arenada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti