Lionel Messi: "Düşünməyə vaxtım oldu və qayıtmağa qərar verdim"

21:47 2 Sentyabr 2016

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsində Uruqvaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.


O,  qərarını dəyişərək yenidən  yığmaya qayıtdığı üçün edilən tənqidlərə belə münasibət bildirib:


"Milli komandaya geri dönməkdən məmnunam. Millidən getdiyimi söyləyən zaman heç kimi aldatmadım. O an hiss etdiklərimi bildirmişdim. Məğlub olduğumuz üçün çox məyus idim. Sonra isə milli ilə bağlı daha ətraflı düşünməyə vaxtım oldu və qayıtmağa qərar verdim".


O, zədəli olmağına baxmayaraq, Uruqvaya qarşı oynadığını söyləyib:


"Qasıq nahiyəmdə hələ də ağrılar var. Ancaq yenə də meydanda olmaq istədim. Venesuela ilə görüşdə oynayıb-oynamayacağımı bilmirəm".


Qeyd edək ki, L.Messi Amerika kubokunun finalında Çiliyə uduzduqları  oyundan sonra millidəki karyerasını başa vurduğunu açıqlamışdı. Yığmanın yeni baş məşqçisi Edqardo Bauza ilə görüşdən sonra o, qərarını dəyişib.


Digər xəbərlər

Xəbər xətti