Ronaldo mesaj verdi: "Tezliklə qayıdıram"

11:55 3 Sentyabr 2016

“Real”ın hücumçusu Kriştianu Ronaldonun müalicəsi davam edir. 

 AVRO-2016-nın finalında zədə alan portuqaliyalı futbolçu hələ də yaşıl meydanlara qayıtmayıb. La Liqanın ilk iki turunda meydana çıxmayan Ronaldo, Portuqaliyanın Cəbəllütariqə qarşı keçirdiyi yoxlama görüşündə də forma geyməyib. 

Bu gün portuqaliyalı futbolçu sosial şəbəkədə məşq edərkən çəkilmiş fotosunu yayıb. Fotonun yanında isə “Tezliklə qayıdıram” sözləri yer alıb. Bununla ulduz futbolçu qısa müddətdə meydana qayıdacağına işarə vurub. 


Xəbər xətti