Mourinyo Şvaynştaygeri heyətə salmadı

22:51 3 Sentyabr 2016

"Mançester Yunayted"in Avropa Liqasının qrup mərhələsi üçün heyəti açıqlanıb.

Baş məşqçi Joze Mourinyi 27 futbolçuya etimad göstərib.

Portuqaliyalı mütəxəssis gözlənildiyi kimi Bastian Şvaynştaygeri heyətdə görmək istəməyib.

Qeyd edək ki, ötən il 9 milyon avroya “Mançester Yunayted”ə tranfer olunan Şvaynştaygerin klubla müqaviləsi 2018-ci ilin iyununda başa çatır. Joze Mourinyo dəfərlərlə onu heyətdə görmək istəmədiyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti