Prosineçki Ramillə Eminə şans vermədi

23:43 3 Sentyabr 2016

Sabah "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində San Marinonun qonağı olacaq milli komandamızın start heyəti açıqlanıb. 

Bu barədə bu gün mətbuat konfransı keçirən baş məşqçi Robert Prosineçki məlumat verib.

Xorvat mütəxəssis ilk dəfə milliyə çağırılan "Trabzonspor"un üzvü Ramil Şeydayevlə Portuqaliyanın "Boavişta" klubunda oynayan Emin Mahmudova start heyətində şans verməyib. Legionerlərdən yalnız "Aue"də çıxış edən Dmitri Nazarov ilk "11-lik"də yer alıb.

Start heyətində oynayacaq 11 futbolçudan 6-sı "Qarabağ"ın formasını geyinib.

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov, Ruslan Qurbanov.
 


Digər xəbərlər

Xəbər xətti