UEFA "Roma"lıları cəzalandırdı

21:09 4 Sentyabr 2016

UEFA İtaliyanın "Roma" klubunun iki futbolçusunu cəzalandırıb.


Bunlar Daniele de Rossi və Emersondu.
Hər iki futbolçu  Portuqaliya "Portu"su ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə qırmızı vərəqə alıb.


Kapitan De Rossi 3 oyunluq diskvalifikasiya olunub. Onun kobud oyunu nəticəsində zədələnən rəqib oyunçusu  Maksi Pereyraya 3 ay meydana çıxa bilməyəcək. 


Emerson isə iki oyunluq cəzalandırılıb.


Qeyd edək ki, E qrupunda yer alan "Roma" ilk görüşünü sentyabrın 15-də səfərdə keçirəcək. Paytaxt klubu "Viktoriya"nın qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti