Qurbanov millidə siftə etdi

22:08 4 Sentyabr 2016

Milli komandamız DÇ-2018-in seçmə mərhələsində ilk görüşünü səfərdə San Marinoya qarşı keçirir.

Matçın 45-ci dəqiqəsində Ruslan Qurbanov millimizi hesabda önə keçirib. 24 yaşlı hücumçu Əfran İsmayılovun ötürməsindən sonra başla fərqlənib. Bu, Ruslan Qurbanovun millimizdəki ilk qoludur.

Qeyd edək ki, 2015-ci ildən milliyə dəvət alan Qurbanov 12-ci oyununu keçirir. 


Digər xəbərlər

Xəbər xətti