Millimizin qrupunda daha iki matç keçirildi

11:10 5 Sentyabr 2016

DÇ-2018-in seçmə mərhələsinə start verilib.
 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi səfərdə San Marinoya 1 - 0 hesabı ilə qalib gəlib. Millimizin yer aldığı qrupda daha iki görüş baş tutub.
 

Almaniya səfərdə Norveçin qonağı olub. Bundestim bu qarşılaşmada rəqibini 3 - 0 hesabı ilə məğlub edərək seçmə mərhələyə qələbə ilə start verib.
 

Millimizin digər rəqibləri olan Çexiya və Şimali İrlandiya yığmaları isə Praqada üz-üzə gəlib. Tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb.


İlk turdan sonra Azərbaycan və Almaniya milliləri 3 xalla qrup lideridir. Çexiya və Şimali İrlandiyanın hərəyə bir xalı olduğu halda, Norveç və San Marino 0 xalla qrupun sonuncusudur


Digər xəbərlər

Xəbər xətti