"Real"da ciddi itki

21:35 5 Sentyabr 2016

"Real"ın qapıçısı Keylor Navas İspaniya La Liqasının 3-c turunda "Osasuna" ilə görüşü buraxacaq.


Sportarena.az xəbər verir ki, buna səbəb onun zədəsini sağalda bilməməsidir.


Xatırladaq ki, Kopa Amerika turnirindən öncə zədələnərək əməliyyat olunan Keylor Navas 3 aydır ki, yaşıl meydanlardan uzaq qalıb. 


Qeyd edək ki, hazırda Navası komandanın ikinci qapıçısı Kiko Kasilya əvəz edir.


Digər xəbərlər

Xəbər xətti