Le Qre: "Laport İspaniyanı seçməklə səhv etdi"

00:49 6 Sentyabr 2016

Fransa Futbol Federasiyasının prüzidenti Noel Le Qre "Atletik" klubunun futbolçusu Emerik Laportun İspaniya millisini seçməsinə münasibət bildirib.

"İspan qəzetində onun İspaniya millisində oynamaq istədiyini oxudum. Ona uğurlar arzulayıram , lakin səhv etdiyini düşünürəm.


Zədəli olduğuna görə Didye Deşam Laportu Avropa çempionatına aparmadı.Biz məşqçilərə hər-hansı bir futbolçunu çağırmaqda təzyiq göstərmirik.Əgər Laport İspaniyada oynamaq istəyirsə , bu onun işidir.Qanunla buna icazə verir.


Bizim isə onsuz da kifayət qədər mərkəz müdafiəçimiz var", – deyə Le Qre qeyd edib.


Digər xəbərlər

Xəbər xətti