"Mançester Yunayted"də qəribə qayda

10:50 6 Sentyabr 2016

Dünyanın ən varlı klublarından və bəlkə də ən varlı klubu olan “Mançester Yunayted” rəhbərliyindən maraqlı bir qərar gəldi. Yeni qaydalara əsasən klubun oyunçuları oyunlardan sonra formalarını rəqib komanda oyunçuları ilə dəyişməyəcəklər.

Əlbəttə, bu forma dəyişmək rituqalı hər oyununun axırında baş vermir və daha çox hər hansı xüsusi kubokların finallarında xatirə məqsədi ilə oyunçular tərəfindən edilir, buna görə də bu qaydanın təsis edilməsi “Old Trafford” oyunçuları üçün dünyanın sonu demək deyil, bununla belə “Mançester Yunayted” kimi klub üçün bir biraz qəribə görsənə bilər.

Böyük ehtimalla klubun “başbilənləri” bunu maliyyə məqsədi ilə oyunçulara qadağa ediblər, baxmayaraq ki, “Yunayted” dünyanın ən varlı klubudur və formanın dəyəri oyunçular üçün minimaldır. Belə bir söhbət də gəzir ki, oyunçulara mövsümün əvvəlində iki cüt uzunqol və ikicüt qısaqol formalar ayırılıb. Ola bilər bu, həqiqəti əks etdirmir. Hətta deyilir ki, güya  2015-ci ildə FA Cup çərçivəsində “Kembric Yunayted”ə qarşı oyundan sonra rəqib komanda formaları klubun borc içində olduğunda dəyişmədiyi üçün bu qərara gəlib.

“The Sun” bu barədə belə yazır: “Klubu sahiblərinin xərcləri diqqətlə izləmə reputasiyası var. Baxmayaraq ki, Zlatan ibrahimoviçə həftəyə 260 min funt sterlinq ödənilir”.

 


Digər xəbərlər

Xəbər xətti