Dünyanın ən çox qazanan baş məşqçiləri

14:31 6 Sentyabr 2016

Dünyanın ən çox qazanan məşqçilərinin siyahısı açıqlanıb. 
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola illik məvacibinə görə ilk sırada qərarlaşıb.
 
İllik maaşı 15,3 milyon funt-sterlinq olan ispaniyalı mütəxəssisi “Bavariya”da onun yerinə gətirilən Karlo Ançelotti izləyir. “Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyo isə ilk “üçlüy”ü qapayır.
 
Maraqlıdı ki, ilk “10-luq”da yalnız İngiltərə, İspaniya və Almaniyada çalışan məşqçilər yer alır. Onlardan 6-sı Premyer Liqada fəaliyyət göstərir.
 
Ən yüksək ödənişli məşqçilər:
1. Pep Qvardiola (“Mançester Siti”) – 15,3 milyon funt-sterlinq
2. Karlo Ançelotti ("Bavariya") – 12,6 milyon
3. Joze Mourinyo ("Mançester Yunayted") – 12,3 milyon
4. Arsen Venger ("Arsenal") – 8,9 milyon
5. Luis Enrike ("Barselona") – 7,2 milyon
6. Yurgen Klopp ("Liverpul") – 7 milyon
7. Antonio Konte ("Çelsi") – 6,6 milyon
8. Ronald Kuman ("Everton") – 6 milyon
9. Dieqo Simeone ("Atletiko") – 5,1 milyon
10. Zinəddin Zidan ("Real") – 4,6 milyon
(apasport)

 


Digər xəbərlər

Xəbər xətti