"Qarabağ"ın rəqibi "başsız" qaldı

15:46 6 Sentyabr 2016

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Fiorentina” baş məşqçisiz qalıb.  İtaliya təmsilçisi Paulo Souza ilə yollarını ayırıb.
 
Potuqaliyalı mütəxəssis dünən klubdan ayrılacağını açıqlamışdı. O, rəhbərliyin transfer siyasətindən narazılığını dilə gətirmişdi. “Bənövşəyilər” isə rəsmi saytları vasitəsilə Paulo Souzanın istefasının qəbul olunduğunu bəyan edib.
 
Qeyd edək ki, Paulo Souzanın Portuqaliya klublarından birinin “sükanı arxası”na keçməsi gözlənilir.
 


Xəbər xətti