Millimiz Farer adaları ilə bacamadı

21:07 6 Sentyabr 2016

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında AÇ-2017-nin seçmə mərhələsinin növbəti oyunları keçirilib. 
 

Sportarena.az xəbər verir ki, 7-ci qrupda mübarizə aparan 21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün doğma meydanda növbəti matçına çıxıb.
 

İlk görüşü səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn komandamız bu matçın əsas favoriti görünsə də, 1:1 hesablı bərabərliklə razılaşıb.


Azərbaycan – Farer adaları 1:1
Qollar:
Mahir Mədətov, 88 - Teytur Olsen, 40 


Xəbər xətti