Fernando Muslera zədələndi

23:49 6 Sentyabr 2016

DÇ-2018 seçmə mərhələsi çərçivəsində Uruqvay yığmasının heyətində olan Muslera zədələnərək məşqi yarımçıq tərk edib.
 

30 yaşlı qapıçı qabırğasından zədə alıb. Uruqvay yığmasının baş məşqçisi Oskar Tabares isə Musleranın zədəsinin elə də ciddi olmadığını söyləməklə yanaşı, qapını "Vasco da Gama"da forma geyinən Martin Silvaya həvalə edəcəyini bildirib.
 

Xatırladaq ki, Uruqvay DÇ-2018 seçmə mərhələsi çərçivəsində növbəti oyununu doğma meydanda Paraqvaya qarşı keçirəcək. Matç bu gecə saat 03.00-da start götürəcək.


Xəbər xətti