"Xəzər Lənkəran" ECA-dan niyə çıxarıldı?

15:47 7 Sentyabr 2016

"Xəzər Lənkəran" Avropa Klublar Assosiasiyasının (ECA) üzvlüyündən çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb klubun fəaliyyətinin dayandırması olub.

Xəbəri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu təsdiqləyib: "Xəzər Lənkəran" ECA-nın ən fəal üzvlərindən biri olub. Təşkilata üzv olduqdan sonra bütün tədbirdə nümayəndəmiz iştirak edib. Bildiyiniz kimi, hazırda klubumuz akademiya səviyyəsində fəaliyyətini davam etdirir ki, bu halda ECA-dan xaric olunma normal prosedurdur".

Qeyd edək ki, hazırda ECA-da 3 Azərbaycan klubu qalıb. "Qarabağ" fövqəladə, AZAL və "Neftçi" isə assosiativ üzvdü. Ötən il "Bakı" qurumun üzvlüyündən çıxarılmış, yerini "Qarabağ" tutmuşdu. Hazırda təşkilatın 53 ölkədən 220 üzvü var. (fanat.az)


Digər xəbərlər

Xəbər xətti