Niklas Bentdnerin yeni klubu müəyyənləşdi

16:12 7 Sentyabr 2016

Uzun müddətir klubsuz qalan Niklas Bentdnerin yeni klubu müəyyənləşib.


Sportarena.az xəbər verir ki, danimarkalı futbolçu karyerasını yenidən İngiltərədə davam etdirəcək. 28 yaşlı hücumçu çempionşipdə mübarizə aparan "Nottinqem Forest"lə 2 illik müqavilə imzalayıb.
 

Bu barədə klubun prezidenti Favas Əl-Hasavi məlumat verib.
 

Xatırladaq ki, Bentdnerin son klubu "Volfsburq" olub. O, ötən mövsümün sonlarında komadandan ayrılmışdı və klub tapa bilmirdi. Hücumçu karyerası ərzində "Arsenal" və "Yuventus" kimi klublarda da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti