"Barselona" tədricən "Real"la tendensiyanı dəyişir

10:30 8 Sentyabr 2016

Prime Time Sports «Soccerex Transfer Review»-in araşdırmasına görə "Real" "Barselona"nı 2009-cu ildən bəri transfer bazarında üstələyir.
 
Son 7 il ərzində madridlilər yeni futbolçulara 847 milyon avro xərclədikləri halda , katalonlar 647 milyon avro sərf ediblər.
 
Lakin son illərdə tendensiya dəyişir. Son 3 ildə "Barselona"nın transfer məsrəfi artıb.2013-cü ildən bu tərəfə "Barselona" 93 milyon (331-in 239-a) artıq xərcləyib.
 
Bu yay katalonlar 6 futbolçunu 123 milyona transfer edib. "Real" isə yalnız 30 milyon Morataya görə ödəyib.
 
Bundan başqa yayda "Real" öz yetirmələrini 34,5 milyona satıb. "Barselona" isə 13 milyon qazanıb.


Digər xəbərlər

Xəbər xətti