İlham Zəkiyev Paralimpiya Oyunlarının açılış mərasimində sürpriz etdi - VİDEO

11:28 8 Sentyabr 2016

Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilb.

“Marakana” stadionunda təşkil olunun mərasimdə Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev daşıyıb.

Cüdoçu parada milli geyimdə çıxıb.

Qeyd edək ki, sentyabrın 18-dək davam edəcək yarışlarda 160 ölkəni təmsil edən 4300-dən çox idmançı 22 növ üzrə 528  dəst medal uğrunda mübarizə aparacaq.

Azərbaycanı Paralimpiya Oyunlarında  24 idmançı təmsil edir. 


Xəbər xətti