Xavi: "Barselona"nın baş məşqçisi olmağı xəyal edirəm"

11:50 8 Sentyabr 2016

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavi Hernandez Kataloniya klubuna qayıtmaq ehtimalından danışıb.

Hazırda Qətərin “Əl-Sədd” klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında hələlik Barselonaya getməyə tələsmədiyini bildirib:

“İndi “Barselona”ya qayıtmaq üçün çox tezdir. Çünki bir müddət də stressdən uzaq olmalıyam. Qətərdə daha iki il qalmaq istəyirəm”.

Xavi bir gün “Barselona”nı çalışdırmaq istədiyini də gizlətməyib: “Bəli, “Barselona”nın baş məşqçisi olmağı xəyal edirəm. Getdikcə məşqçi olmaq istəyim daha da artır”.


Digər xəbərlər

Xəbər xətti