Qadın hakimdən maraqlı addım

13:15 8 Sentyabr 2016

Kataloniya II liqasında keçirilən oyun zamanı maraqlı hadisə yaşanıb.
"Valls" - "Kabrils" oyununun qadın baş hakimi Marta Qaleqo diqqət mərkəzinə düşüb.
Tribunada əyləşən azarkeşlərdən birinin onun ünvanına "get bulaşıqları yu" deməsi qadın referini özündən çıxarıb.
Matçı dayandıran baş hakim həmin azarkeşin stadiondan çıxarılmasını tələb edib. Hakimin bu tələbi yerinə yetirildikdən sonra oyun davam edib.
 
Marta Qaleqonun bu addımı azarkeşlərin alqışı ilə qarşılanıb.


Digər xəbərlər

Xəbər xətti