"Qəbələ"nin rəqibi futbolçusu ilə yollarını ayırdı

16:06 8 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rqibi olan "Anderlext" klubu daha bir futbolçusu il yollarını ayırıb.
 

Sportaena.az xəbər verir ki, komanda yarımmüdafiəçisi İbrahima Konte ilə mçüqavilyə xitam verib.


Qvineyalı  futbolçu  Belçikanın digər klubu olan "Ostende"yə keçib.


Qeyd edək ki, 2014-cü ildən "Anderlext"də çıxış edən 25 yaşlı yarımmüdafiəçi meydana çıxdığı 28 matçda 2 qol vurub.


Xəbər xətti