FİFA "Real" və "Atletiko" klublarını gənc futbolçuların transferi zamanı yol verdikləri səhvlərə görə cəzalandırıb.
Sportarena.az xəbər verir ki, ali qurum sözügedən klublara 2018-ci ilin yanvarına qədər yeni futbolçuların qeydiyyatına qadağa qoyub. Bundan başqa, FİFA "Atletiko" 800 min, "Real" isə 330 min avro cərimə edib.
Xatırladaq ki, yeni futbolçuların transfer qadağası yanvar transfer pəncərəsindən sonra qüvvəyə minəcək. Bu isə o deməkdir ki, klublardan qışda ciddi transfer görə bilərik.