La Liqada ən yaxşılar müəyyənləşdi

10:09 9 Sentyabr 2016

İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi və futbolçusu müəyyənləşib. 

Ayın ən yaxşı məşqçisi “Las Palmas”ın çalışdırıcısı Kike Setyen seçilib. “Leqanes”in qapıçısı Yon Serantes isə ən yaxşı futbolçu adına sahib çıxıb. 

Setyenin rəhbərliyi altında “Las Palmas” La Liqanın ilk 2 turunda “Valensiya” (4:2) və “Qranada”nı (5:1) məğlub edib. Bu nəticələr sayəsində komanda hazırda çempionatın lideridir. 

Serantes isə “Selta” (1:0) və “Atletiko” (0:0) ilə görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.
 


Digər xəbərlər

Xəbər xətti