Paralimpiya oyunlarında ilk medalımızı qazandıq

10:30 9 Sentyabr 2016

Rio-de-Janeyroda təşkil olunan Paralimpiya Oyunlarında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Bayram Mustafayev Azərbaycana ilk medalı qazandırıb.

Birinci mərhələdən azad olan cüdoçumuz ilk qələbəsini braziliyalı Halison Oliviera Boto üzərində qazanıb. Sonra yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələn cüdoçumuz finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olaraq “Rio-2016”nın gümüş medalı ilə kifayətlənib.


Xəbər xətti