Yeni reytinq cədvəli açıqlandı: millimiz yerində saydı

13:47 9 Sentyabr 2016

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Millimizin mövqeyində dəyişiklik olmayıb. Futzalçılarımız dünya reytinqində 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya  Braziliya yığması başçılıq edir. Son Avropa çempionu və millimizin dünya çempionatındakı rəqibi İspaniya 2-ci pillədədir. Rusiya yığması isə 3-cü pillədə yer alıb.
Yığmamızın dünya çempionatının qrup mərhələsində digər rəqibi olan İran 6-cı, Mərakeş isə 34-cü pillədədir.


Digər xəbərlər

Xəbər xətti