İbrahimoviç: "PSJ-dəki maaşım üçün darıxıram"

14:53 9 Sentyabr 2016

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç İngiltərə və Fransadakı qazancını müqayisə edib. 

İsveçli forvard sabiq klubunda gəlirinin daha çox olduğunu bildirib: 

“PSJ-dəki maaşım üçün darıxıram. Hazırda əvvəlki klubumla müqayisədə çatışmayan yalnız puldur. 
PSJ-nin indi də güclü klub olduğunu düşünürəm. Komandaya yeni oyunçular cəlb olunsa da, qələbə fəlsəfəsi dəyişməyib. Nəyə nail olacaqlarını zaman göstərəcək. Lakin hazırda PSJ mənim problemim deyil”. 


Digər xəbərlər

Xəbər xətti