Arsen Venger: "Qalatasaray"a uduzduğumuz UEFA finalı yadımdadır"

15:55 9 Sentyabr 2016

İngiltərənin "Arsenal" klubunun fransız çalışdırıcısı Arsen Venger Türkiyənin "Liq TV"sinə müsahibə verib.

Venger Türkiyə millisinin sonuncu Avropa çempionatında qrupda qalmasına təəccüblənib:

"Mənim üçün türk futbolu, liderliyi ilə önə çıxan Fatih Terim ilə eşidildi. Türkiyənin Avro-2016-da qrupdan çıxmamasına təəccübləndim. 2008-ci ildəki uğuru təkrarlaya bilmədilər, daha yaxşı ola bilərlərdi. Komandanın ən yaxşı oyununu meydançada göstərə bilmədiyini gördüm".

Venqer Türkiyədə keçirilən matçların "Arsenal" üçün həmişə çətin keçdiyini, azarkeşlərin futbol matçlarına çox maraq göstərdiyini bildirib: "Fənərbaxça" ilə təsnifat mərhələsində oynadığımız matçlar və "Qalatasaray"a penaltilərlə uduzduğumuz UEFA finalı yadımdadır. "Monako" ilə "Qalatasaray"a qarşı oynayarkən də azarkeşlərin coşqusunu görmüşəm. Gördüyüm ən böyük şey bu coşqudur".

Türkiyədən Almaniyaya köç edən ailələrdən İlkay Gündoğan, Məsut Özil kimi futbolçuların çıxdığını deyən baş məşqçi səhvən bu sıraya alban Şkodran Mustafini də əlavə edib. O, Dortmund "Borussiya"sından Əmrə Mor, "Bayer"dən Ömər Toprak və Hakan Çalhanoğlunun adını çəkən təcrübəli çalışdırıcı Toprakla bir ara maraqlandıqlarını bildirib. O həmçinin vaxtı ilə "Arsenal"ın Akademiyasında olmuş Oğuzhan Özyakup, "Arsenal"ın sabiq futbolçuları Robin van Persi və Lukaş Podolskini də tərifləyib.

///Qaynarinfo.Az


Xəbər xətti