Advokat "Fənərbaxça"dan iki futbolçu göndərir

00:50 10 Sentyabr 2016

“Fənərbaxça”nın yeni baş məşqçisi Dik Advokat iki futbolçunu komandadan göndərmək qərarı verib.


Hollandiyalı mütəxəssis braziliyalı hücumçu Fernandao və mərakeşli yarımmüdafiəçi Aatif Şaeşuenin transferə çıxarılması ilə bağlı klub rəhbərliyinə raport verib.


Advokatın hər iki futbolçunun oyunundan razı olmadığı üçün bu qərarı verdiyi iddia edilib. Türkiyə mətbuatı hər iki futbolçunun qış transfer pəncərəsi zamanı satılacağını istisna etməyib.


Qeyd edək ki, futbolçuların bu qərarı narazılıqla qarşıladığı bildirilir.


Xəbər xətti