"Real" 4 aparıcı futbolçusu ilə müqavilə yeniləyir

11:33 10 Sentyabr 2016

“Real” rəhbərliyi hazırda komandanın bir neçə aparıcı futbolçusu ilə yeni müqavilə barədə danışıqlar aparır. 

“Kral klubu” bu ay Kriştianu Ronaldo, Luka Modriç, Qaret Beyl və Toni Kroosla sözləşmənin müddətinin artırıldığını ictimaiyyətə açıqlayacaq. 

Qeyd edək ki, Ronaldo və Modriçin hazırkı müqaviləsi 2018-ci ilə kimidir. Beylin sözləşməsi 2019-cu, Kroosun müqaviləsi isə 2020-ci ildə başa çatır. 

Adıçəkilən 4 futbolçu ilə razılıq əldə olunduqdan sonra “Real” Pepe ilə danışıqlara start verəcək. Portuqaliya müdafiəçinin müqaviləsi gələn ilin yayında bitir.


Digər xəbərlər

Xəbər xətti