İdmançılarımızdan Rioda ilk qızıl medal

11:51 10 Sentyabr 2016

"Rio-2016" Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. 73 kq çəkidə mübarizə aparan cüdoçumuz Ramil Qasımov turniri qələbə ilə başa vurub. Mübarizəyə 1/4 final mərhələsindən başlayan idmançımızın ilk rəqibi  kubalı Cerardo Rodrigez olub. İlk görüşdə inamlı qələbə qazanan Ramil yarımfinalda almaniyalı Nikolay Kornhassı məğlub edib. Finalda isə ukraynalı Dmitro Soloveyi ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.


Digər xəbərlər

Xəbər xətti