Millimizin üzvü oynadı, komandası məğlub oldu

12:15 10 Sentyabr 2016

Almaniya 2-ci Bundesliqasında 4-cü tura start verilib.

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" evdə Braunşvayq "Ayntraxt"ıyla üz-üzə gəlib.

Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov oyunun 62-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Aue" 3 xalla 12-ci pillədə qərarlaşıb.
 


Xəbər xətti