Vəli Qasımov xəstəxanaya düşdü

13:10 10 Sentyabr 2016

Dünən gecə "Neftçi"nin baş məşqçisi Vəli Qasımov xəstəxanaya düşüb. Klubdan aldığımız məlumata görə, Qasımov ağır hipertonik krizis ilə dərhal xəstəxanaya aparılıb. 47 yaşlı mütəxəssisin vəziyyətinin ağır olub-olmaması barədə heç bir məlumat yoxdur. Amma dəqiqdir ki, Premyer Liqanın 4-cü turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qəbələ" matçına komandanı Vəli Qasımovun köməkçilərindən biri çıxaracaq.  
 


Xəbər xətti