Vəli Qasımovun durumuna aydınlıq gəldi

15:30 10 Sentyabr 2016

Xəstəxanaya yerləşdirilən "Neftçi"nin baş məşqçisi Vəli Qasımovun durumuna aydınlıq gəlib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən gecə hipertonik kriz ilə xəstəxanaya yerləşdirilən 47 yaşlı mütəxəssisin vəziyyəti stabildir.

O, həkim nəzarəti altında stasionar şəraitdə müalicəsini davam etdirir. 

Qeyd edək ki, "Neftçi" bu gün Premyer Liqanın IV turunda "Qəbələ" ilə qarşılaşacaq. Həmin oyuna komandanı köməkçi məşqçi Tofiq Mustafayev çıxaracaq.


Xəbər xətti