Sportarena.az
17 Yanvar 2017

XV Yay Paralimpiya Oyunları: Millimiz neçənci pillədədir?

12 Punto 14 Punto 16 Punto 18 Punto

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.

Yarışın ikinci günündə daha 49 dəst medal sahibini tapıb. Bu medallardan bir dəsti isə Azərbaycan millisinin aktivinə yazılıb. Yığmamızın paralimpiyaçılarından Ramil Qasımov (cüdo, 73 kq) çempion adını qazanıb. Yelena Çebanu (atletika, 100 m) ikinci, Rövşən Səfərov (cüdo, 81 kq) üçüncü yeri tutublar. Bununla da Azərbaycan idmançılarının qazandıqları medalların sayı dördə çatıb və ölkəmiz komanda hesabında 19-cu yerə yüksəlib.

Medal qazanan ölkələrin siyahısına Çin başçılıq edir. Çinlilərin aktivində 49 medal var. Onlardan 20-si qızıl, 17-si gümüş, 12-si isə bürüncdür. İkinci pillədə 27 medalı (12-6-9) olan Böyük Britaniya qərarlaşıb. Ukrayna 26 medalla (7-6-13) ilk üçlükdə mövqeyini qoruyub.

Qeyd edək ki, yarışın ilk günündə cüdoçumuz Bayram Mustafayev (66 kq) gümüş medal qazanmışdı.

Tarix
10.09.16 [15:50]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Yanvar
16 Yanvar 

Facebook

Sorğu

Hansı futbolçumuz daha yaxşı legioner həyatı yaşayır?
 Kamran Ağayev
 Emin Mahmudov
 Eddi İsrafilov
 Dmitri Nazarov
 Deniz Yılmaz
 Tuğrul Erat

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio