İlham Zəkiyev mübarizəni medalsız başa vurdu

13:37 11 Sentyabr 2016

“Rio-2016” Paralimpiya Oyunlarında milli komandamızın bayraqdarı, cüdoçumuz İlham Zəkiyev (+100) bürünc mükafat uğrunda həlledici görüşə çıxıb. 


Sportarena.az xəbər verir ki, təsəlliverici qarşılaşmada britaniyalı Hodgson Jacki məğlub edən idmançımızın rəqibi kubalı Jimenez Yangalini olub. 


Cüdoçumuz İlham Zəkiyev Jimenez Yangaliniyə məğlub olaraq “Rio-2016”da mübarizəni medalsız başa vurub.


Digər xəbərlər

Xəbər xətti