"Slovan"da ciddi itki - "Qarabağ"a qarşı oynamayacaq

16:52 11 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsinin ilk matçında "Qarabağ"la qarşılaşacaq "Slovan" ciddi itki ilə üzləşib. 


Sportarena.az xəbər verir ki, komandanın müdafiəçisi Lukaş Pokornı zədələnib. Dizindən ciddi zədə alan futbolçunun "Qarabağ"la matçda forma geyinməyəcəyi gözlənilir.
 

Xatırladaq ki, o, Çexiya çempionatının 6-cı turunda "Viktoriya" ilə oyunda zədələnərək əvəzlənmişdi. 


Qeyd edək ki, matç "Viktoriya" Plzenin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti