Fransaya məğlub olduq

18:30 11 Sentyabr 2016

Çimərlik futbolu üzrə milli komandamız FIFA Dünya Kuboku-2017 Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda bu gün növbəti oyununu keçirib. 


Sportarena.az xəbər verir ki,  7-ci yer uğrunda oyunda Fransa ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub.


Komandamızın qollarını Asif Zeynalov, Renat Sultanov və Sabir Allahquliyev vurub.
Millimizin İtaliyanın  Yezolo şəhərində təşkil olunmuş seçmə mərhələdə 8-ci yeri tutub. 


Digər xəbərlər

Xəbər xətti