Olimpiya medalçıları AAAF Parkda! - FOTOLAR

10:32 12 Sentyabr 2016

Avqustun 6-da AAAF Park öz növbəti qonaqları böyük məmnuniyyətlə qəbul etdi. Azərbaycanın bayrağını dünyanın bir çox ölkələrində zirvələrə qaldırıb ölkəmizə saysız-hesabsız medallar qazandıran Rəsul Çunayev, Rafael Ağayev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Hacı Əliyev Kompleksimizə baş çəkdilər.


Əvvəlcə, idmançılar AAAF Parkı gəzərək buranın gördüklərindən razılıqlarını bildirdilər. Sonra ən müasir standartlara cavab verən “Zirvə” Fitnes Mərkəzində olan qonaqlar, buradakı şəraiti təqdir etdilər, onlarla görüşmək üçün bura gələn insanlarla səmimi görüşüb söhbətləşdikdən sonra, “Zirvə” restoranına dəvət edildilər.


Fəvvarə ətrafındakı istirahət edən çempionlar burada da böyük diqqət mərkəzinə düşdülər. Ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılar AAAF Park Xırdalanın rəhbərliyi tərəfindən mükafatlarla təltif edildilər və kompleksimizin digər sakin və qonaqlarının xoş söz və diləklərini eşitdilər. Şəkil çəkdirmək və imza almaq istəyənlərin də istəyi yerinə yetirildi.


Xəbər xətti