Ronaldo Xavinin cavabını verdi

11:17 12 Sentyabr 2016

“Real” Madridin ulduz futbolçusu Kriştiano Ronaldo “Barselona”nın sabiq futbolçusu Xavinin “Ronaldo yaxşı futbolçudur. Amma dünyanın ən yaxşısı Messidir. O, Messi ilə eyni zamanda oynadığı üçün şanssızdır" sözlərinə münasibət bildirib.


Portuqaliyalı futbolçu Xaviyə sərt şəkildə cavab verib:

“İnternetdə ən çox axtarılan futbolçu mənəm. Belə insanlar mənim haqqımda danışaraq gündəmdə qalmağa çalışırlar. Xavinin nə dediyinə niyə fikir verim? Xavi harda oynayır? Səhv etmirəmsə, ən son Qətərdə gəzib-dolaşırdı. Bəs, indi hardadı həqiqətən? “Barselona”da hər kuboku qazana bilər, amma özünə aid bir “Qızıl top”u da yoxdu. Mənim isə 3 “Qızıl top”um var”.


Qeyd edək ki, Xavi Qətərin "Əl-Sədd" klubunda çıxış edir.


Digər xəbərlər

Xəbər xətti