Balotelli: "Liverpul"a transferim həyatımın ən böyük səhvi idi"

13:16 12 Sentyabr 2016

"Nitsa"nın forvardı Mario Balotelli "Liverpul" karyerası haqda danışıb.
 


Sportarena.az xəbər verir ki, futbolçu açıqlaması zamanı "Liverpul"a keçidini böyük səhv adlandırıb.

"Liverpul"a keçid həyatımın ən böyük səhvidir. Bu, komandanın futbolçuları və azarkeşlərinə aid deyil. Onlarla mənim əla münasibətim var. Lakin klubun özü xoşuma gəlmədi. "Liverpul"a transfer həyatımın ən böyük səhvi idi. 2 məşqçi ilə çalışdım. Lakin nə Rodcers, nə də Klopp məndə xoş təəssürat yaratmadı.
 

Mən İbrahimoviç kimi deyiləm. Zlatan sakitliyini hər zaman qoruya bilir. Bəzi şeyləri öyrənməliyəm. Amma bunun üçün də yanımda yaxşı insanlar olmalıdı", — deyə Balotelli qeyd edib.


Digər xəbərlər

Xəbər xətti