Millimiz Dünya çempionatında ilk oyununa çıxır

13:37 12 Sentyabr 2016

Kolumbiyada təşkil edilən futzal üzrə dünya çempionatı davam edir.


Sportarena.az xəbər verir ki, tarixində ilk dəfə Dünya çempionatının final mərhələsində oynayacaq milli komandamız bu gün ilk matçına çıxacaq. 


F qrupunda yer alan milli komandamız ilk görüşünü Mərakeş yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.


Qeyd edək ki, millimiz qrupunda Mərakeşdən əlavə  İran və İspaniya yığmaları da yer alıb.


13 sentyabr

F qrupu

03:00. Mərakeş - Azərbaycan


Digər xəbərlər

Xəbər xətti