"Anderlext" - "Qəbələ" matçını idarə edəcək hakimlər müəyyənləşdi

15:45 12 Sentyabr 2016

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Anderlext" - "Qəbələ" matçının hakimləri müəyyənləşib.


Sportarena.az xəbər verir ki, sentyabrın 15-də baş tutacaq oyunda komandaları meydana baş hakim kimi Harald Lexner çıxaracaq. Ona Avstriyadan olan həmyerliləri Maksimilian Kolbits və Andreas Heydenrik yardım edəcək. Dördüncü hakim funksiyasını isə Andreas Staudinger yerinə yetirəcək.

 
Qeyd edək ki, "Konstant Vanden Stok" stadionunda baş tutacaq qarşılaşma 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti