"Real" rekordunu yenilədi

21:05 12 Sentyabr 2016

İspaniya çempionatının 3-cü turunda "Real" evdə "Osasuna"nı (5:2) darmadağın edib.


Sportarena.az xəbər verir ki, ötən mövsümü də nəzərə almaqla madridlilər primeroda ardıcıl 15-ci qələbəni qazanıb. Bu isə klub rekordunun təkrarıdır. Həmin rekord Migel Munyosun rəhbərliyi altında 1960/61 mövsümündə baş tutmuşdu.
Sonuncu dəfə "Real" primeroda fevralın 27-də "Atletiko" (0:1) ilə oyunda xal itirmişdi.
Primeronun rekordu isə 16 qələbə olmaqla "Barselona"ya məxsusdur. (2010/11)
 
Qeyd edək ki, "Real"ın növbəti oyunu "Barselona"da "Espanyol"a qarşı olacaq.


Digər xəbərlər

Xəbər xətti