Atletimiz bürünc medal qazandı

21:42 12 Sentyabr 2016

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan atleti Yelena Çebanu bürünc medal qazanıb. Bununla da Azərbaycan millisi Rio Paralimpiadasında aktivinə 6-cı medalı yazdırıb.

Atletimiz 200 metr məsafəyə qaçış yarışlarının final mərhələsində rəqibləri - almaniyalı Katrin Muller-Rotqard, Kuba təmsilçisi Omara Durand və ukraynalı Oksana Boturçukaya qarşı yarışıb. Məsafəni 23,80 saniyəyə qət edən idmançımız XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.

Həlledici yarışda Kuba atleti 23,05 saniyə nəticə göstərərək qızıl medal qazanıb. Ukrayna təmsilçisi isə 23,65 saniyə nəticə ilə yarışı ikinci pillədə başa vurub.

Xatırladaq ki, Y.Çebanu Rio Paralimpiadasının ikinci günündə 100 metr məsafəyə qaçışda gümüş medala layiq görülmüşdü.


Digər xəbərlər

Xəbər xətti